Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Lənkəran rayon sakini Xəyal Məmmədov yerləşdirildiyi xəstəxanada ölmüşdür
31.08.2016Avqustun 19-da saat 18 radələrində Lənkəran rayonunun Vilvana kəndində rayon sakini Xəyal Məmmədov idarə etdiyi “BMW” markalı avtomobili kanala aşırmışdır. Xəstəxanaya yerləşdirilmiş sürücü avqustun 31-də orada ölmüşdür.
Araşdırma aparılır.