Goranboy rayonunun Dəliməmmədli şəhərində yol-nəqliyyat hadisəsi
29.08.2016Avqustun 28-də saat 23 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakini Pünhan Məsiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə P.Məsiyevin sərnişini Süleyman Əliyev hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.