Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Quba şəhər sakini Nəzərşah Əmirbəyov yerləşdirildiyi xəstəxanada ölmüşdür
29.08.2016Avqustun 26-da saat 09 radələrində Quba şəhərində şəhər sakinləri Elgün Əzizovun idarə etdiyi “Mercedes” və Mayıl Yusifovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuş, “Hyundai” markalı avtomobil sürüşərək yolu keçən Nəzərşah Əmirbəyovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş N.Əmirbəyov avqustun 29-da orada ölmüşdür.
Quba RPŞ tərəfindən araşdırma aparılır.