Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Paytaxtın Nizami rayonunda yerləşən avtoyuma məntəqələrindən birindən “Niva” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini H.Babayev saxlanılmışdır

24.08.2016

Avqustun 23-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən avtoyuma məntəqələrindən birindən, orada işləyən Hikmət adlı şəxs, Bakı şəhər sakini Elnur Yaqubova məxsusu “Niva” markalı avtomobili qaçırmışdır.

Avqustun 24-də avtomobilin rayonun Babək prospektində hərəkətdə olması Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək və aidiyyəti üzrə məlumat ötürülmüşdür.

Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Hikmət Babayev saxlanılmışdır.

24.08.2016 tarixinə olan kriminal məlumatlar