Saatlı rayonu ərazisində Yevlax rayon sakini R.Kərimovun xəsarət alması ilə nəticələnən YNH-ni törədənin şəxsiyyəti müəyyən edilmişdir
24.08.2016Avqustun 23-də saat 22 radələrində Saatlı rayonunun Bəylər kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən Yevlax rayon sakini Roman Kərimov vurulmuş və o, xəstəxanaya yerləşdirilmişdir.
Saatlı RPŞ əməkdaşları tərəfindən hadisənin “VAZ-2106” markalı avtomobilin sürücüsü rayon sakini S.Mehdiyev tərəfindən törədilməsi müəyyən edilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.