Gün ərzində 69 cinayət faktı qeydə alınmışdır
20.08.2016Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 69 cinayət faktı qeydə alınmış, onların da 17-i “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 13 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 35 nəfər tutulmuşdur.