Sumqayıt şəhərinin Ceyranbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi
20.08.2016Avqustun 20-də saat 07 radələrində Sumqayıt şəhərinin Ceyranbatan qəsəbəsində şəhər sakini Kamran Əliyev idarə etdiyi “BMW” markalı avtomobillə yolun kənarında dayanmış qəsəbə sakinləri Natiq İbrahimovu, Zakir Həsənovu və Mehman Zeynalovu vurmuşdur. Onlar xəstəxanaya yerləşdirilmişlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.