Balakən şəhər sakini Elçin Alvasovdan narkotik vasitələr, odlu silah və vasitələri götürülmüşdür
18.08.2016Əldə edilmiş əməliyyat məlumatı əsasında avqustun 17-də Balakən RPŞ əməkdaşları tərəfindən şəhər sakini Elçin Alvasovun evinə baxış keçirilmişdir.
Nəticədə oradan 1 kiloqram 105 qram marixuana, xaricdə istehsal edilmiş nömrəsiz “Revolver” markalı tapança, 7 ədəd müxtəlif çaplı patron, gecəgörmə cihazı, müxtəlif ölçülü kameralar, mobil telefonlar, çox saylı mobil telefon nömrələri, 2 ədəd noutbuk, kompyuter hissələri, həyətində isə müxtəlif banklar tərəfindən axtarılan “BMW”, “Mercedes” və “VAZ-21015” markalı avtomobillər, habelə “Lexus” markalı avtomobilə aid dövlət qeydiyyat nişanları aşkar edilərək götürülmüşdür.