Bakı şəhər sakini Şamil Allahverdiyevə məxsus avtomaşını qaçırmaqda şübhəli bilinənlər saxlanılmışlar
18.08.2016Avqustun 14-də Binəqədi rayonu ərazisindən Bakı şəhər sakini Şamil Allahverdiyevə məxsus “VAZ-21074” markalı avtomobil qaçırılmışdır.
Bakı Şəhər BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Bərdə rayonu ərazisində müəyyən edilmiş, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Valeh Ağayev, Əziz Əzizov, əvvəllər məhkum olunmuş Əli Əhmədov və Sumqayıt şəhər sakini Ayaz Rəhimov tutulmuş, daha 1 nəfər isə müəyyən edilmişdir.