Darvaza oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Zaur Əliyev tutulmuşdur
18.08.2016Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 17-də Bakı şəhər sakini Telman Həsənzadəyə məxsus həyətyanı sahədən darvaza oğurlamaqda şübhəli bilinən həmyerlisi Zaur Əliyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir həyətdən darvaza oğurlaması da müəyyən edilmişdir.