Avtomobil qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini Elton Zeyniyev tutulmuşdur
10.08.2016Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də Səbail rayonu ərazisindən Rövşən Ələkbərova məxsus “VAZ-2101” markalı və Sabunçu rayonu ərazisindən Vaqif Cavadova məxsus “VAZ-2107” markalı avtomobilləri qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini Elton Zeyniyev tutulmuşdur. Onun yaşadığı evə baxış zamanı üzərində dövlət qeydiyyat nişanları olmayan “VAZ-21011” markalı avtomobil də aşkar edilərək götürülmüşdür.