Abşeron rayonunun Xocəsən qəsəbəsində yol-nəqliyyat hadisəsi
10.08.2016Avqustun 10-da saat 23 radələrində Abşeron rayonunun Xocəsən qəsəbəsində Bakı şəhər sakini Orxan Məmmədli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Mingəçevir şəhər sakini İlham Məhərrəmovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.