Ağcabədi rayon sakini Həsən Mürşüdov tutulmuşdur
09.08.2016Avqustun 9-da Ağcabədi şəhərində yaşayan Yasəmən Mirzəyevanın evinə pəncərədən girmiş naməlum şəxs onun qızı Nübarı bıçaqla hədələyib pul verməsini tələb etmiş, səs-küy yarandığından istədiyinə nail ola bilməyib hadisə yerini tərk etmişdir.
Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Həsən Mürşüdov tutulmuşdur.