Xaçmaz rayonunun Gödəkli kəndində şəhər sakini Cəfər Hacıyevin qətlində şübhəli bilinən Nöhbala Quliyev və Tehran Quliyev tutulmuşlar
09.08.2016Avqustun 4-də Xaçmaz rayonunun Gödəkli kəndində şəhər sakini Cəfər Hacıyevin üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılmışdır.
Avqustun 9-da Baş Cinayət Axtarışı İdarəsi və Xaşmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakinləri Nöhbala Quliyev və Tehran Quliyev tutulmuşlar.