Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Mirhikmət Həmidov və onunla birlikdə olan 4 nəfər azyaşlı saxlanılmışdır
09.08.2016Avqustun 4-də Binəqədi rayonunun Novxanı qəsəbəsindəki dəniz çimərliyində Abşeron rayon sakini Rəhimə Qasımovaya məxsus içərisində 50 manat pul, 2 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi olan çanta oğurlanmışdır.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Mirhikmət Həmidov və onunla birlikdə olan 4 nəfər azyaşlı saxlanılmışdır.