Quldurluq yolu ilə 5000 manat və 970 ABŞ dolları pul, habelə qızıl əşyalar aparmaqda şübhəli bilinən Şirvan şəhər sakini Fəxrəddin Şükürov tutulmuş, daha 2 nəfər isə müəyyən edilmişdir
08.08.2016Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 30-da şəhər sakini Vəli Ələkbərova məxsus evdən quldurluq yolu ilə 5000 manat və 970 ABŞ dolları pul, habelə qızıl əşyalar aparmaqda şübhəli bilinən həmyerliləri Fəxrəddin Şükürov tutulmuş, daha 2 nəfər isə müəyyən edilmişdir.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 3-də Sudşa Bəylərovaya məxsus evdən quldurluq yolu ilə 10.000 manat dəyərində qızıl əşyalar aparmaları da müəyyən edilmişdir.