Ağdam rayon sakini Əliağa Həsənova məxsus evdən oğurluqda şübhəli bilinən nəvəsi Məmməd Kazımov tutulmuş, ondan 0,95 qr heroin götürülmüşdür
08.08.2016Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqust 7-də rayon sakini Əliağa Həsənova məxsus evdən 2500 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən nəvəsi, əvvəllər məhkum olunmuş Məmməd Kazımov tutulmuşdur. Ondan 0,950 qram heroin götürülmüşdür.