Gün ərzində 77 cinayət faktı qeydə alınmışdır
06.08.2016Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 77 cinayət faktı qeydə alınmış, onların da 21-i “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 6 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 34 nəfər tutulmuşdur.