Ağdaş şəhər sakini Pərviz Məmmədovdan narkotik vasitələr götürülmüşdür
06.08.2016Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pərviz Məmmədovdan 5,03 qram marixuana və 35 ədəd çətənə bitkisinin toxumları götürülmüşdür. Ona məxsus “Daewoo” markalı avtomobilə baxış zamanı isə əlavə olaraq 464,58 qram marixuana aşkar edilərək götürülmüşdür.