Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Paytaxt sakini Fuad Quliyevin işlədiyi təmir sexindən qaçırdığı avtomobillə qəza törətməsi müəyyən edilmişdir

06.08.2016

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 5-də Elşad Cəbrayılovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin Bakı şəhər sakini Bayram Vəliyevə məxsus “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir.
B.Vəliyev PB-yə ərizə ilə müraciət edərək həmin gün avtomobilini təmir etdirmək üçün Bakıxanov qəsəbəsi ərazisindəki avtomobillərin təmiri sexinə verdiyini və orada usta köməkçisi işləyən paytaxt sakini Fuad Quliyev tərəfindən avtomobilin qaçırılıb hadisənin törədilməsini bildirmişdir.

06.08.2016 tarixinə olan kriminal məlumatlar