Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Əhəd Quliyev tutulmuşdur
04.08.2016İyulun 28-dən avqustun 2-dək olan müddətdə Nərimanov rayonu ərazisində yaşayan Bakı şəhər sakini Səfər Yarıyevin evindən 6000 manat pul və qızıl əşyalar oğurlanmışdır.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Əhəd Quliyev tutulmuşdur.