Bakı şəhər sakini Sunay Abdullayevi xuliqanlıq zəminində döymüş paytaxt sakinləri Ruslan Nəbiyev və Nicat Əliyev tutulmuşlar
04.08.2016Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 3-də Bakı şəhər sakini Sunay Abdullayevi xuliqanlıq zəminində döymüş paytaxt sakinləri Ruslan Nəbiyev və Nicat Əliyev tutulmuşlar. Araşdırmalar zamanı onların S.Abdullayevi döyərək qızıl boyunbağısını və 1260 manat pulunu almaları da müəyyən edilmişdir.