Gün ərzində 70 cinayət faktı qeydə alınmışdır
31.07.2016Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 70 cinayət faktı qeydə alınmış, onların da 22- si “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 2 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 17 nəfər tutulmuşdur.