İsmayıllı rayonunun Qubaxəlilli kəndində yol-nəqliyyat hadisəsi
31.07.2016İyulun 31-də saat 09 radələrində İsmayıllı rayonunun Qubaxəlilli kəndində Bakı şəhər sakini Vüsalə Quliyeva idarə etdiyi “BMW” markalı avtomobili aşırmışdır. Nəticədə sərnişinlərindən Bakı şəhər sakini Məryəm Quliyeva hadisə yerində ölmüş, özü və digər sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.