Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Pərvanə Həsənova, Aysel Həsənova və Cavid Həsənov tutulmuşlar
29.07.2016Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Novxanı qəsəbəsində yaşayan Ələsgər Bağırovun evindən 2800 manat və 2400 ABŞ dolları, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Pərvanə Həsənova, Aysel Həsənova və Cavid Həsənov tutulmuşlar.