İmişli şəhərində yol-nəqliyyat hadisəsi
29.07.2016İyulun 29-da saat 23 radələrində İmişli şəhərində şəhər sakinləri Rəhman Soltanovun idarə etdiyi “Mercedes”, Arif Quliyevin idarə etdiyi “Mercedes” və Şahin Şirinovun idarə etdiyi “Lada Priora” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Soltanov, A.Quliyev və Ş.Şirinovun 4 sərnişini xəstəxanaya yerləşdirilmiş, A.Quliyev orada ölmüşdür.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.