Binəqədi rayonunun Sulutəpə qəsəbə sakini Bayram Şahverdiyevə məxsus evdə yanğın baş vermişdir
23.07.2016İyulun 23-də saat 21 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbə sakini Bayram Şahverdiyevə məxsus evdə yanğın baş vermişdir. Nəticədə 12 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, qohumu Aybəniz Məhərrəmova xəstəxanaya gətirilmişdir.