Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Quba rayon sakini Balasultan İsmayılov yerləşdirildiyi xəstəxanada ölmüşdür
23.07.2016İyulun 18-də Quba rayonunun İkinci Nügədi kəndində rayon sakinləri Valid Orucovun idarə etdiyi “Toyota” və Balasultan İsmayılovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş B.İsmayılov iyulun 23-də orada ölmüşdür.
Araşdırma aparılır.