Ağstafa rayonunun Eynallı kənd sakini Tuqay Cəfərovdan ov tüfəngi götürülmüşdür
17.07.2016İyulun 17-də Ağstafa rayonunun Eynallı kəndində kənd sakini Tuqay Cəfərov sərxoş halda münaqişə zəminində tüfəngdən həmkəndlisi Şükür Şükürovun başının üzərindən havaya 2 dəfə atəş açmışdır.
Ağstafa RPŞ əməkdaşları tərəfindən T.Cəfərovdan müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngi götürülmüşdür.
Araşdırma aparılır.