Şəmkir rayonunun Bayramlı kəndində keçirilən toy məclisində bıçaqlanma baş vermişdir
17.07.2016İyulun 17-də Şəmkir rayonunun Bayramlı kəndində keçirilən toy məclisində kənd sakini Pərvin Kərimov münaqişə zəminində həmkəndliləri Mahmud Mahmudova, Rza Rzalıya, Seyhun Cəfərova və qardaşı Nicata bıçaqla xəsarət yetirmişdir.
Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində P.Kərimov tutulmuşdur.