Xətai rayonunun Nobel prospektində yol-nəqliyyat hadisəsi
15.07.2016İyulun 15-də saat 17 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Orxan Heydərov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Sənubər Qarayevanı, azyaşlı oğlu Mehini və azyaşlı qızı Mələyi vurmuşdur. Hər üç piyada yerində ölmüşdür.
Xətai RPİ tərəfindən araşdırma aparılır.