Sumqayıt şəhəri 6-cı mikrorayonda yol-nəqliyyat hadisəsi
15.07.2016İyulun 12-də Sumqayıt şəhəri 6-cı mikrorayonda şəhər sakini Firuz Səmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi Şoqlət Kərimovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş Ş.Kərimov iyulun 15-də orada ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.