Bacısı Cəmiləyə bıçaqla boğaz nahiyəsindən xəsarət yetirmiş Tərtər rayonunun İsmayılbəyli kənd sakini Taleh Alıyev tutulmuşdur
14.07.2016İyulun 14-də Tərtər rayonunun İsmayılbəyli kənd sakini Taleh Alıyev Evoğlu kəndində yaşayan bacısı Cəmilənin evində olarkən münaqişə zəminində ona boğaz nahiyəsindən bıçaqla xəsarət yetirmişdir. C.Alızadə xəstəxanaya yerləşdirilmişdir.
Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Alıyev tutulmuşdur.