Qaradağ rayonunun Pirəkəşkül qəsəbəsində yol-nəqliyyat hadisəsi
14.07.2016İyulun 14-də saat 14 radələrində Qaradağ rayonunun Pirəkəşkül qəsəbəsində Sumqayıt şəhər sakini Zaur Qarayev idarə etdiyi “Samand” markalı avtomobili aşırmışdır. Z.Qarayevin sərnişini, atası Vahid hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.