Yevlax şəhər sakini F.Tahirova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Z.Mirzəxanov tutulmuşdur
09.07.2016İyulun 9-da Yevlax rayonu ərazisindən şəhər sakini Fəqan Tahirova məxsus “QAZ-52” markalı avtomobil qaçırılmışdır.
Yaevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Zaur Mirzəxanov tutulmuşdur.