Yevlax rayonunda “QAZel” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur
09.07.2016İyulun 9-da saat 18 radələrində Yevlax rayonunun Aran qəsəbəsində Qax rayon sakini Nazim Həşimovun idarə etdiyi “QAZel” və Bərdə şəhər sakini Elşən Əzizovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Əzizovun sərnişinlərindən Hüseyn Hüseynov hadisə yerində ölmüş, özü və digər sərnişini, habelə N.Həşimovun 1 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.