Lənkəran şəhər sakinləri V.Abdullayevə məxsus avtomobildən oğurluq etmiş və A.Əliyevə məxsus avtomobili qaçırmış şəhər sakini E.Abdullayev tutulmuşdur
05.07.2016Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də Lənkəran şəhər sakinləri Vüsal Abdullayevə məxsus “VAZ-2107” markalı avtomobildən maqnitofon və mobil telefon oğurlamış, habelə iyulun 4-də Azad Əliyevə məxsus “VAZ-21074” markalı avtomobili qaçırmış şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Abdullayev tutulmuşdur.