Binəqədi rayonu ərazisindəki “Golden Water” MMC-nin Lider-Cola istehsalat sexində 4 tonluq dəmir çən partlamışdır
05.07.2016İyulun 5-də saat 03 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Bakı şəhər sakini Azər Kərimova məxsus “Golden Water” MMC-nin Lider-Cola istehsalat sexində quraşdırılmış, içərisində karbon qazı olan 4 tonluq dəmir çən partlamışdır.
Xəsarət alan olmamış, 1500-2000 kvm. ərazisi, hasarı dağılmış, inzibati binanın və yaxınlıqdakı 3 evin şüşələri sınmış, dam örtükləri yararsız hala düşmüşdür.