Quba şəhərində “QAZel” və “BMW” markalı avtomobillər toqquşmuşdur
30.06.2016İyunun 30-da saat 16 radələrində Quba şəhərində rayon sakini Nazim Əzizovun idarə etdiyi “QAZel” və Bakı şəhər sakini Çingiz Qaraçayevin idarə etdiyi “BMW” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ç.Qaraçayevin sərnişinlərindən Şərur rayon sakini Vahid Heydərov hadisə yerində ölmüş, özü və digər 1 sərnişini, habelə N.Əzizov və 4 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Quba RPŞ tərəfindən araşdırma aparılır.