Göyçay rayon sakini E.Məmmədov su kanalına yıxılaraq boğulmuşdur
30.06.2016İyunun 30-da Göyçay rayonunun Qızılağac kəndində yaşayan Eldəniz Məmmədov ehtiyatsızlığı nəticəsində kənd ərazisindən keçən Şirvan su kanalına yıxılaraq boğulmuşdur. Meyit sudan çıxarılmışdır.
Araşdırma aparılır.