Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göyçay rayonunda bir neçə mağazaya saxta əskinaslar verib ərzaq məhsulları almış şəxslər tutulmuşlar

27.06.2016

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da rayon sakinləri S.Mikayılovaya və C.Mütəllimova məxsus mağazaya 70 manat saxta əskinas verib ərzaq məhsulları almış Bakı şəhər sakini Mövlan Fərhadov, İsmayıllı rayon sakinləri Təvəkkül İsmayılov, Eybalı Eybalıyev və Emin Soltanov tutulmuşdur. Onlardan 4 ədəd 100, 3 ədəd 50, 2 ədəd 20, 2 ədəd 10, 1 ədəd 5 və 6 ədəd 1 manatlıq saxta əskinaslar aşkar edilərək götürülmüşdür.

Habelə T.İsmayılovun Gəndov kəndindəki evinə baxış zamanı 2 ədəd 100, 10 ədəd 50 və 5 ədəd 20 manatlıq saxta əskinas və müxtəlif texniki avadanlıqlar aşkar edilərək götürülmüşdür.