Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonunun Əmircan qəsəbəsində idarə etdiyi avtomobillə paytaxt sakini N.Xəlilovanı vurmaqda şübhəli bilinən sürücü saxlanılmışdır

27.06.2016

İyunun 26-da saat 16 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Nigar Xəlilova vurulmuşdur. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən “VAZ-21114” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Rövşən Əliyev saxlanılmışdır.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.