Qaraçuxur qəsəbəsində yerləşən avtomobillərin təmiri sexlərindən birindən “Mercedes” markalı avtomobili qaçıranın şəxsiyyəti müəyyən edilmişdir
20.06.2016İyunun 20-də Bakı şəhər sakini Rəhman Vəliyev Suraxanı RPİ 32-ci PB-yə ərizə ilə müraciət edib həmin gün Qaraçuxur qəsəbəsində yerləşən avtomobillərin təmiri sexlərindən birindən qapının qıfılını sındırmaq yolu ilə təmir etdiyi “Mercedes” markalı avtomobilin qaçırılmasını bildirmişdir.
Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Nizami rayonu ərazisində əzilmiş vəziyyətdə tapılmış, hadisənin Tərtər rayon sakini Elman Vəliyev tərəfindən törədilməsi müəyyən edilmişdir.
Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.