Binəqədi rayonunda Xırdalan şəhər sakini A.Səfərov idarə etdiyi avtomobillə yolu keçən üç piyadanı vurmuşdur
20.06.2016İyunun 21-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində Xırdalan şəhər sakini Anar Səfərov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Cavanşir Kirmirzəyevi, Səbuhi Şahmarovu və İsmayıl Hümbətovu vurmuşdur. Nəticədə C.Kirmirzəyev hadisə yerində ölmüş, digər piyadalar isə xəstəxanaya yerləşdirilmişlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.