Daşkəsən rayonunun Bayan kəndində yol-nəqliyyat hadisəsi
25.08.2007Saat 07.00 radələrində Daşkəsən rayonunun Bayan kəndində Gəncə şəhər sakini Fəxrəddin Hüseynov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu ağaca vurmuşdur. Nəticədə F.Hüseynov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, həmyerlisi Səbuhi Quliyev isə xəstəxanaya yerləşdirilmişdir. Daşkəsən RPŞ tərəfindən araşdırmalar aparılır.