DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhərindəki 10-cu mikrorayonun ərazisində yol-nəqliyyat hadisəsi

25.08.2007

Saat 12.30 radələrində Sumqayıt şəhərindəki 10-cu mikrorayonun ərazisində şəhər sakini Xalıq Haqverdiyev "VAZ-2102" markalı avtomaşını idarə edərkən onu dirəyə vurmuşdur. Nəticədə xəsarət almış X.Haqverdiyevə, sərnişinləri, qardaşı Xalidə və həmyerlisi Ramil Əhmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Sumqayıt ŞPİ tərəfindən araşdırmalar aparılır.