DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonunun Sahil qəsəbəsində yol-nəqliyyat hadisəsi

25.08.2007

Saat 08.00 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində Naxçıvan şəhər sakini Hüseyn Qurbanov "Kamaz" markalı avtomaşını idarə edərkən onu yolun kənarında təmirə dayanmış "Kamaz" markalı avtomaşına vurmuşdur. Nəticədə təmirə dayanmış "Kamaz" markalı avtomaşının sürücüsü, Saatlı rayon sakini Əliqismət Abdullayev hadisə yerində ölmüş, xəsarət almış digər sürücü H.Qurbanov isə xəstəxanaya yerləşdirilmişdir. Qaradağ RPİ tərəfindən araşdırmalar aparılır.