DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

25.08.2007

Masallı rayon sakini Etibar Neymətov həmyerliləri İlqar Hüseynov və əvvəllər məhkum olunmuş Əliniyaz Səfərovdan aldığı 0,31 qram heroini könüllü olaraq Masallı RPŞ-yə təhvil vermişdir. İ.Hüseynov və Ə.Səfərov RPŞ əməkdaşları tərəfindən tutulmuşlar. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əli Bayramlı ŞPŞ əməkdaşları Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Ağabala Rüstəmovdan 1,59 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları Bakı şəhər sakini Rövşən Ağayevdən 5,93 qram marixuana və 0,228 qram heroin götürmüşlər.