Zaqatala şəhərində yol-nəqliyyat hadisəsi
09.06.2016İyunun 9-da saat 16 radələrində Zaqatala şəhərində rayon sakini İntiqam Bəkirovun idarə etdiyi “VAZ-2106” və Şəki rayon sakini Mais Sadıqovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə İ.Bəkirovun sərnişinlərindən Pərixan Hacıyeva hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.