Oğurluq etdiklərinə görə tutulmuş Rövşən Əliyevin, Arif Hüseynovun, Zakir Əliyevin və Məhərrəm İbrahimovun digər cinayət əməlləri də müəyyən edilmişdir
09.06.2016Oğurluq etdiklərinə görə iyunun 4-də tutulmuş Rövşən Əliyevin, Arif Hüseynovun, Zakir Əliyevin və Məhərrəm İbrahimovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Ağcabədi RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların mayın 3-də rayon sakini Elgün Məmmədova məxsus fermadan 22 baş qoyun, eləcə də 2015-ci il may ayında Vüsal Hümbətova məxsus fermadan 6 baş qoyun oğurlamaları da müəyyən edilmişdir.